“Sabah” – “Neftçi” matçını Əliyar Ağayev idarə edəcək
Premyer Liqada 3-cü turun təyinatları açıqlanıb. “Sabah” – “Neftçi” oyununun baş hakimi Əliyar Ağayev olacaq. Ona Zeynal Zeynalov və Elşad Abdullayev kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rauf Cabarov yerinə yetirəcək. Hakim-inspektor Barış Şimşek, AFFA nümayəndəsi Elgiz Abbasov, VAR hakimi Cavid Cəlilov, VAR hakiminin köməkçisi Kamran Bayramov olacaq.
Qeyd edək ki, “Sabah” – “Neftçi” oyunu avqustun 20-si saat 20:00-da “Bank Respublika Arena”da keçiriləcək.