Emil Balayev əməliyyat olunacaq

9 iyul 2023, 17:14

“Matç TV Kuboku” çərçivəsində iyulun 8-də “Smena” stadionunda keçirilmiş “Neftçi” – “Srvena Zvezda” oyununun sonlarında zədələnmiş futbolçu Emil Balayevin sağlamlıq durumuna aydınlıq gəlib. “Neftçi” PFK-nın baş həkimi Şaiq Zöhrablı klubun rəsmi saytına açıqlamasında bu haqda məlumat verib:

“Emil Balayev Maqnit Rezonans Tomoqrafiya müayinəsindən keçdi. O, axil vətərinin total cırılması diaqnozu ilə əməliyyat olunacaq. Bu səbəbdən qapıçımız təqribən 5 ay yaşıl meydanlardan kənarda qalacaq”.