Maliyyə savadlılığının artırılması ilə bağlı seminar keçirilib
“Neftçi-2”nin üzvlərinə maliyyə savadlılığının artırılması ilə bağlı seminar keçirilib. Tədbir Azərbaycan Respublikası Mərkəzi Bankının layihəsi çərçivəsində “Bakcell Arena”da baş tutub. İstehlakçılara maliyyə məhsullarının tanıdılması məqsədilə təşkil olunan seminarda mərkəzi bankın əməkdaşları tərəfindən maliyyə savadlılığının elektron resursluğu haqda məlumat verilib, istehlak krediti haqda danışılıb. Sonra “Neftçi-2”nin üzvləri kreditlə bağlı şəxsi təcrübələrini paylaşıb, kreditin düzgün götürülməsi və hesablanması haqda bilgilər əldə ediblər.