“Qəbələ” ilə matçı Kamranbəy Rəhimov idarə edəcək
Premyer Liqada 30-cu turun təyinatları açıqlanıb. “Neftçi” – “Qəbələ” oyununun baş hakimi Kamranbəy Rəhimov olacaq. Ona Akif Əmirəli və Şirmamed Mamedov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rəşad Əhmədov yerinə yetirəcək. Hakim-inspektor Gülağa Cabarov, AFFA nümayəndəsi Bəhram Qurbanov, VAR hakimi Rauf Allahverdiyev, VAR hakiminin köməkçisi Elşad Abdullayev olacaq.
Qeyd edək ki, “Neftçi” – “Qəbələ” oyunu aprelin 14-ü saat 20:00-da “Bakcell Arena”da keçiriləcək.