“Səbail”lə oyunu Kamranbəy Rəhimov idarə edəcək
Premyer Liqada 23-cü turun təyinatları açıqlanıb. “Neftçi” – “Səbail” oyununun baş hakimi Kamranbəy Rəhimov olacaq. Ona Eyyub İbrahimov və Rahil Ramazanov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rauf Allahverdiyev yerinə yetirəcək. Hakim-inspektor Gülağa Cabarov, AFFA nümayəndəsi Erkin Hüseynov, VAR hakimi Cavid Cəlilov, VAR hakiminin köməkçisi Akif Əmirəli olacaq.
Qeyd edək ki, “Neftçi” – “Səbail” oyunu fevralın 18-i saat 17:30-da “Bakcell Arena”da keçiriləcək.