Fərid Yusifli əməliyyat olundu
Futbolçumuz Fərid Yusifli əməliyyat olunub. İkitərəfli qasıq yırtığının ləğvi cərrahi əməliyyatı sağlamlıq sponsorumuz “Liv Hospital”ın xəstəxanalarından olan “VM Medical Park Florya Hospital”da uğurla həyata keçirilib. 20 yaşlı yarımmüdafiəçimiz təxminən 4 həftədən sonra fərdi məşqlərə başlayacaq.
Qeyd edək ki, Fərid Yusifli Premyer Liqanın 17-ci turu çərçivəsində dekabrın 15-də “Turan Tovuz”la keçirilmiş səfər oyununda zədələnmişdi.