“Zirə” ilə ilk matça Rəvan Həmzəzadə təyin olundu
Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk oyunlarının təyinatları açıqlanıb. “Zirə” – “Neftçi” oyununun baş hakimi Rəvan Həmzəzadə olacaq. Ona Namiq Hüseynov və Cəmil Quliyev kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək. Hakim-inspektor Anar Salmanov, AFFA nümayəndəsi Elgiz Abbasov, VAR hakimi Fərid Hacıyev, VAR hakiminin köməkçisi Rəhman İmami olacaq.
Qeyd edək ki, “Zirə” – “Neftçi” oyunu dekabrın 8-i saat 18:00-da Zirə İdman Kompelksinin stadionunda keçiriləcək.