“Neftçi” “Zəfər” turnirinin yarımfinalında
AFFA-nın təşkilatçılığı ilə 3-cü dəfə keçirilən ənənəvi “Zəfər” turnirinə start verilib. Premyer Liqada mübarizə aparan klublar, eləcə də AFFA-nın və PFL-in əməkdaşlarından ibarət komandaların mübarizə apardığı yarışa “Neftçi” 1/4 finaldan qatılıb. Təsnifat mərhələsində AFFA-ya qalib gələn “Qəbələ” ilə qarşılaşan komandamız rəqibini 1:0 hesabı ilə məğlub edib. Qələbə qoluna “Neftçi” Futbol Akademiyasının məşqçisi Eldəniz Məmmədov imza atıb.
Bununla da yarımfinala vəsiqə qazanan “Neftçi” sabah bu mərhələdə “Turan Tovuz”la qarşılaşacaq. Final və 3-cü yer uğrunda oyunları da noyabrın 3-də keçiriləcək.
Qeyd edək ki, turnirin keçirilməsində əsas məqsəd 44 günlük Vətən Mühabirəsində qazanılmış qələbəni futbol veteranları, klub nümayəndələri ilə birlikdə qeyd etmək, onların asudə vaxtlarını daha səmərəli təşkil etməkdir.