Kenni ilə Vatonun sağlamlıq durumuna aydınlıq gəldi
Misli Premyer Liqasının 5-ci turu çərçivəsində sentyabrın 3-də “Bakcell Arena”da keçirilmiş “Neftçi” – “Sumqayıt” matçından əvvəl baş tutan yüngül məşq zamanı zədələnmiş futbolçu Kenni Sayef, həmçinin onun əvəzinə adı start heyətinə salınmış və matçın ilk hissəsində eyni aqibəti yaşamış Vato Arveladze sağlamlıq sponsorumuz olan “Liv Bona Dea Hospital”da müayinədən keçib. Bununla bağlı “Neftçi” PFK-nın baş həkimi Şaiq Zöhrablı klubun rəsmi saytına açıqlamasında bildirib.
Baş həkimin verdiyi məlumata görə, burun nahiyəsindən zədə almış və bu səbəbdən qanaxma və yumşaq toxumada əzilmələri olan Sayefin qoruyucu ilə məşq edəcəyi gözlənilir. Bu, bugünkü məşqöncəsi son müayinədən sonra dəqiqləşəcək. Budunun arxa qrup əzələsində kəskin gərilməsi olan Arveladze isə 3-4 həftə müalicə alacaq.
Xatırladaq ki, “Sumqayıt” üzərində böyükhesablı (3:0) qələbədən sonra xalının sayını 12-yə yüksəldən “Neftçi” 5 turdan sonra 3-cü pillədə qərarlaşıb.
Tövsiyə olunur
-
“Şamaxı” ilə oyuna hazırlıq davam edir
A Komanda 6 noyabr 2024, 19:00 -
“Futbolçularımızın bir-bir sıradan çıxması rotasiya imkanlarımızı məhdudlaşdırdı”
A Komanda 2 noyabr 2024, 00:16 -
“Neftçi” “Araz-Naxçıvan”a məğlub oldu
A Komanda 1 noyabr 2024, 22:25 -
“Araz-Naxçıvan”la matça hazırlıq başa çatdı
A Komanda 31 oktyabr 2024, 16:26