“Rapid”lə ilk oyunumuz xorvatlara tapşırıldı

30 iyul 2022, 13:10

UEFA Avropa Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində avqustun 4-ü saat 21:00-da keçiriləcək “Neftçi” – “Rapid” matçının təyinatları açıqlanıb. Oyun Xorvatiyadan olan hakimlər briqadasına tapşırılıb. Baş hakim Dario Bel olacaq. Ona Maryan Tomas və Kristiyan Novosel kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tiyomir Peyin yerinə yetirəcək.

UEFA nümayəndəsi Ahmet Erzurumlu (Türkiyə), hakim-inspektor isə Martin İnqvarsson (İsveç) olacaq.