“Neftçi” ilk transferini rəsmiləşdirdi
“Neftçi” ilk transferini rəsmiləşdirib. İsrailli futbolçu Ataa Caber ilə 2 il müddətinə müqavilə bağlanıb. 27 yaşlı yarımmüdafiəçi komandamızın heyətində 23 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, İsrailin “Makkabi” (Hayfa, 2012-2017), “Bney Saxnin” (2015, 2017-2021) və “Aşdod” (2021-2022) klublarında çıxış etmiş Caber 2015-2016-cı illərdə İsrailin U-21 milli komandasının üzvü olub. O, 2016-cı ildə “Makkabi”nin heyətində İsrail Kubokunu qazanıb.