Müşahidə Şurasının iclası saat 16:00-da başlanacaq
Xəbər verdiyimiz kimi, bu gün “Neftçi” PFK-nın Müşahidə Şurasının iclası keçiriləcək. Saat 16:00-dan etibarən klubun inzibati binasında təşkil olunması planlaşdırılan iclasın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. Hesabatların dinlənilməsi.
2. A komandanın baş məşqçisi postuna namizədlərin müzakirəsi və təsdiqi.
3. B komandanın baş məşqçisi postuna namizədlərin müzakirəsi və təsdiqi.
4. Növbəti mövsümün büdcəsi.
5. Digər məsələlər.