Autizmli uşaqlar “Neftçi”nin məşqində
#MoreThanFootball fəaliyyət həftələri çərçivəsində “Neftçi” PFK-nın təşəbbüsü ilə bu gün autizmli uşaqlar komandamızın məşqində iştirak ediblər. “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan görüş zamanı uşaqlar əvvəlcə futbolçularla görüşüb, söhbət edib, daha sonra birlikdə topla oynayıblar.
Qeyd edək ki, 2 aprel Ümumdünya Autizm Məlumatlandırma Günüdür. “Neftçi” PFK olaraq martın 21-də başlayan və aprelin 14-dək davam edəcək #MoreThanFootball layihəsinin bir parçası olduğumuzu qürurla bildiririk.