“Neftçi” təlim-məşq toplanışını itkilərlə davam etdirir
“Neftçi” PFK qış təlim-məşq toplanışını davam etdirir. Hazırlıq prosesinə yanvarın 5-də start verən komandamız bu gün də bir məşqlə kifayətlənib. “Ağ-qaralar” “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan məşqə müxtəlif səbəblərdən itkilərlə çıxıb.
Fiziki hazırlıq üzrə məşqçi Eduardo Karo, həmçinin futbolçular Tiaqo Bezerra və Sezar Meza Kolli COVİD-19 virusuna yoluxduqları, Xorxe Korreanın ailəsində bu virusa yoluxan olduğu üçün karantinə alındığına, Mamadu Kane isə Qvineya milli komandasının düşərgəsində olduğuna görə toplanışa gec qoşulacaqlar. Bundan əlavə, Sabir Buqrin başqa klubla transfer danışıqları apardığı, hazırlığın ilk günündə dizindən zədə alan Aqil Məmmədov isə əməliyyat olunduğu üçün məşqdə iştirak etməyiblər. Yeni transferimiz Azər Salahlı əməlliyyatdan sonra fərdi məşğul olur. Əvəzində, əvəzedici komandadan Seymur Əliyev, Ramin Nəsirli və Rüfət Abbasov toplanışa cəlb olunublar.
Qeyd edək ki, təlim-məşq toplanışı yanvarın 9-dək Bakıda baş tutacaq. Hazırlığın ikinci mərhələsi üçün yanvarın 10-da Türkiyəyə yollanacaq “Neftçi” Antalya şəhərinin Manavqat bölgəsindəki “The Sense De Luxe” otelində məskunlaşacaq. Flaqman qardaş ölkədə 3 yoxlama görüşü keçirməyi planlaşdırır. Komandamız yanvarın 14-də Macarıstanın “Kişvarda”, 19-da Polşanın “Visla” (Plosk) klubu ilə qarşılaşacaq. Yanvarın 24-dəki rəqib dəqiqləşəndə, bu haqda əlavə məlumat veriləcək.
Tövsiyə olunur
-
“Şamaxı” ilə oyuna hazırlıq davam edir
A Komanda 6 noyabr 2024, 19:00 -
“Futbolçularımızın bir-bir sıradan çıxması rotasiya imkanlarımızı məhdudlaşdırdı”
A Komanda 2 noyabr 2024, 00:16 -
“Neftçi” “Araz-Naxçıvan”a məğlub oldu
A Komanda 1 noyabr 2024, 22:25 -
“Araz-Naxçıvan”la matça hazırlıq başa çatdı
A Komanda 31 oktyabr 2024, 16:26