“Neftçi” ÇL-ə qələbə ilə başladı
“Neftçi” bu mövsüm Çempionlar Liqasında ilk oyununu keçirib. Komandamız I təsnifat mərhələsində Gürcüstanın “Dinamo” (Tbilisi) klubu ilə qarşılaşıb. Boris Payçadze adına “Dinamo Arena”da baş tutan görüşdə “ağ-qaralar” 2:1 hesabı ilə qalib gəlib. “Neftçi”dən Namik Ələskərov (23-cü dəqiqə) və Emin Mahmudov (57-ci dəqiqə - pen.), “Dinamo”dan isə Zoran Marusiç (36-cı dəqiqə) fərqlənib.
“Neftçi”: 30.Aqil Məmmədov, 3.Mamadu Mbodj, 6.Voislav Stankoviç, 7.Namik Ələskərov, 8.Emin Mahmudov (K), 10.Sezar Meza Kolli (97.Xəyal Nəcəfov, 88), 11.Harramiz Suares, 20.Mert Çelik, 24.Yusuf Laval (26.Ömər Buludov, 86), 29.Sabir Buqrin (22.Mirabdulla Abbasov, 90), 36.Mamadu Kane.
Ehtiyat oyunçular: 12.Kamran İbrahimov, 94.Əlirza Müştəbəzadə, 19.Fəhmin Muradbəyli, 21.İsmayıl Zülfüqarlı, 37.Vüsal Əsgərov, 70.Asim Əlizadə, 72.Emin Zamanov.
Baş məşqçi: Samir Abasov
Qeyd edək ki, bu komandalar arasında cavab matçı iyulun 14-ü “Bakcell Arena”da baş tutacaq və saat 21:00 start götürəcək.
Tövsiyə olunur
-
“Şamaxı” ilə oyuna hazırlıq davam edir
A Komanda 6 noyabr 2024, 19:00 -
“Futbolçularımızın bir-bir sıradan çıxması rotasiya imkanlarımızı məhdudlaşdırdı”
A Komanda 2 noyabr 2024, 00:16 -
“Neftçi” “Araz-Naxçıvan”a məğlub oldu
A Komanda 1 noyabr 2024, 22:25 -
“Araz-Naxçıvan”la matça hazırlıq başa çatdı
A Komanda 31 oktyabr 2024, 16:26