Toplanışın 6-cı günündə səhər məşqi

13 iyun 2021, 12:45


“Neftçi” yeni mövsümün hazırlığını davam etdirir. Komandamız təlim-məşq toplanışının 6-cı günündə səhər məşqinə çıxıb. “Türk Hava Yolları Futbol Mərkəzi”ndə keçirilən hazırlıq prosesində müxtəlif fiziki təmrinlər və toplu çalışmalar yerinə yetirilib.

Qeyd edək ki, flaqman bu günü iki məşqlə başa vuracaq. Axşam məşqi də eyni məkanda olacaq. Təlim-məşq toplanışının ikinci mərhələsi Sloveniyada keçiriləcək.