Samir Abasov: “Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq”
“Neftçi” PFK-nın baş məşqçisi Samir Abasov Premyer Liqanın 22-ci turunun “Qəbələ” klubu ilə matçsonrası mətbuat konfransında fikirlərini açıqlayıb:
“Həyəcanlı və yaxşı oyun oldu. Çoxlu qol epizodu yaratdıq, amma təəssüf ki, istifadə edə bilmədik. Sonadək döyüşəcəyik. Bir sıra dəyişikliklər etdik. Buna səbəb bəzi futbolçuların üzərindən psixoloji gərginliyi götürmək idi. Ötən oyunla müqayisədə 3 dəyişiklik etmişdik. Heyf ki, buradan 3 xalla qayıtmırıq. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Futbolçularımız həqiqətən də istəkli idilər, can yandırırdılar. Onları ruhlandırıb növbəti matça çıxacağıq”.
Sonra baş məşqçi jurnalistlərin suallarını cavablandırıb: “Yusufun dəyişilməyi meydana ikinci hücumçunu buraxmağımızla bağlı idi. Ön xətdə daha kəsərli olmaq istədik. Lavalın məşqçilərlə dava saldığına aid mətbuatda yayılan xəbərə gəlincə, həqiqəti siz məndən də yaxşı bilirsiniz. Bu, gülünc bir şeydir. Son oyundan sonra Aqilin ayağı ağrıyırdı, amma onu start heyətinə daxil etməməyin səbəbi bu deyildi. Konfransın əvvəlində də qeyd etdim ki, bir sıra oyunçularımız təzyiq hiss etməyə başlayıblar. İkinci qolu buraxdığımız epizoda yenidən baxmalıyam ki, dəqiq cavab verə bilim. Ahmeddən başqa da futbolçularımız oldu ki, qol epizodlarımızı qaçırdı. Biz məşqçilərin işi də ondan ibarətdir ki, futbolçuları bu basqıdan kənar tutaq. Əks halda nəinki həmin futbolçunu, hətta komandanı da itirəcəyik”.
Tövsiyə olunur
-
“Şamaxı” ilə oyuna hazırlıq davam edir
A Komanda 6 noyabr 2024, 19:00 -
“Futbolçularımızın bir-bir sıradan çıxması rotasiya imkanlarımızı məhdudlaşdırdı”
A Komanda 2 noyabr 2024, 00:16 -
“Neftçi” “Araz-Naxçıvan”a məğlub oldu
A Komanda 1 noyabr 2024, 22:25 -
“Araz-Naxçıvan”la matça hazırlıq başa çatdı
A Komanda 31 oktyabr 2024, 16:26