Samir Abasov: “Çoxlu qol epizodu yaratdıq”

8 mart 2021, 22:00

 

“Neftçi” PFK-nın baş məşqçisi Samir Abasov Premyer Liqanın 19-cu turunun “Keşlə” klubu ilə matçsonrası mətbuat konfransında fikirlərini açıqlayıb.

“Komandamız təbrik edirəm. Oyuna yaxşı başladıq, çoxlu qol epizodu yaratdıq. Pis tərəfi isə odur ki, rəqibə də çoxlu qol şansı verdik. Bunu aradan qaldırmalıyıq. 20 günlük fasiləyədək bir oyunumuz qalıb. Ondan sonra bir qədər rahatlaşarıq”.

Sonra baş məşqçi jurnalistlərin suallarını cavablandırıb: “Sağ cinah müdafiəçimizə tapşırıqlarımız olmuşdu, qələbənin açarı o idi. Söhbət Ömər Buludovdan gedir. Ön xətdə nominal hücumçumuz olmasa da, oradakı işi həmin mövqeyə qoyduğumuz futbolçulardan tələb edirdik. Hər baş məşqçinin yaxşı futbolçuya ehtiyacı var. Honda komandanı sakitləşdirmək baxımından bizə fayda verə bilər. O, bir çox klublarda müxtəlif mövqelərdə oynayıb. 90 faiz razılıq əldə olunub. Özü də mövsümün sonunadək bizdə oynamaq istəyir. Yayda yenidən danışıqlar apara bilərik”.