Soni Mustivar: "Neftçi" sevgi, emosiya, ehtiras deməkdir"
Bu gün "Neftçi”nin futbolçusu Soni Mustivarın 30 yaşı tamam olur. 1990-cı ildə dünyaya gəlmiş haitili yarımmüdafiəçi 2017/2018 mövsümündən çıxış etdiyi komandamızın heyətində 54 oyun keçirib, 3 qol vurub. Mustivar Haiti millisinin forması ilə meydana çıxdığı 19 matçda 2 dəfə fərqlənib.
Klubun rəsmi saytı "Neftçi” ailəsi adından futbolçumuzu təbrik edib.
- Doğum gününüz mübarək, Soni! Özünüzü 30 yaşda necə hiss edirsiniz?
- Təbrikinizə görə sağ olun. Özümü gənc hiss edirəm (gülür).
- Həyatınızda ən gözlənilməz hədiyyə hansı olub?
- Ən gözlənilməz hədiyyəni mən bir neçə il əvvəl almışdım. Neçənci il olduğu yadımda deyil, amma hədiyyə "Nintendo 64” oyun konsolu idi.
- Bu günü necə keçirəcəksiniz?
- Doğum günümü həyat yoldaşım və dostlarımla qeyd edəcəm. Qeyri-adi bir şey olmayacaq.
- Artıq bir neçə ildir ki, "Neftçi”dəsiniz. Bu klub sizin üçün nə məna daşıyır?
- "Neftçi” sevgi, emosiya, ehtiras deməkdir.
- Bu mövsüm bir oyunda hətta komandanın kapitanı qismində oynamısınız.
- Bəli və buna görə qurur duyuram. Mənim üçün komandanın hər bir oyunçusu kapitandır. Biz "Neftçi”ni layiqli şəkildə təmsil etməliyik.
- Həftəsonu "Keşlə”yə qarşı keçiriləcək oyun ərəfəsində azarkeşlərə nə deyə bilərsiniz?
- Arzum odur ki, oyuna gəlsinlər. Nə qədər çox olsalar, o qədər də biz güclü olacağıq. Qələbəni bir yerdə yaşayaq!
Tövsiyə olunur
-
Azər Əliyev: “Belə oyunlar bizim üçün çox əhəmiyyətlidir”
Müsahibə 10 iyul 2023, 12:00 -
Fərid Yusifli: “Mənim üçün oyuna start heyətində başlamaq daha önəmlidir”
Müsahibə 7 yanvar 2023, 21:30 -
Azər Əliyev: “Qeyri-adi hisslər keçirirəm”
Müsahibə 22 oktyabr 2022, 19:05 -
Vato Arveladze: “Neftçi”dən gələn təklifi ilk dəfə eşidəndə həyəcan dolu hisslər keçirdim”
Müsahibə 25 avqust 2022, 21:00