"Neftçi" ailəsi "Biz birlikdə güclüyük" çağırışına qoşuldu
Koronovirus (COVİD-19) pandemiyası ilə əlaqədar dövlət tərəfindən başladılmış "Biz birlikdə güclüyük” çağırışına "Neftçi” ailəsi də qoşulub. Bu gün klubumuzun əməkdaşları və komandamızı üzvləri Bakı şəhərində yerləşən "Qadın və uşaq sığınma evi”nə baş çəkiblər. Həmçinin futbolçularımız ilə "Forza Neftçi” fan-qrupunun üzvləri tərəfindən aztəminatlı ailələrə ərzaq yardımı edilib.