Rəşad Məmmədov

  • Vəzifəsi:

    Baş məşqçi

  • Doğum tarixi:

    22.09.1982

  • Vətəndaşlığı:

    Azərbaycan

  • Qoşulub:

    2022

1982-ci il sentyabrın 22-də Bakı şəhərində anadan olub. 11 yaşında futbolla məşğul olmağa başlayan Rəşad Məmmədov “Neftçi”nin yetirməsidir. “Ağ-qaralar”dan başqa “Şəfa”, MOİK, “Ədliyyə”, “Xəzər Lənkaran”, “Gənclərbirliyi”, “Mil Muğan”, “Rəvan” və “Qaradağ Lökbatan” klublarında, eləcə də 17, 19 və 21 yaşadək futbolçulardan ibarət milli komandalarımızda çıxış edib. MOİK və “Qaradağ Lökbatan”ın heyətində I Divizionun qalibi olub.

30 yaşında karyerasını bitirib və məşqçiliyə başlayıb. “Qaradag Lökbatan” və “Stars United”də (U-13 və U-12) çalışıb.

UEFA-nın “C” kateqoriyalı məşqçilik lisenziyasına malikdir.