Samir Abasov: “Bütün təbriklər futbolçuların payına düşür”
“Neftçi” PFK-nın baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının “Səbail” klubu ilə 10-cu tur oyunundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
“Şəxsən mənim üçün nə qədər həyəcanlı olduğunu ifadə edə bilmərəm. Çünki bizdən nə qədər gözləntilərin olduğunu bilirəm. Bu gün ilk qələbə ilə bağlı bütün təbriklər futbolçuların payına düşür. Ona görə ki, 4-5 günə məşqçinin nəyisə dəyişməsi mümkünsüzdür. Görüləcək işlər çoxdur. Futbolçularımı, onların timsalında buraya gələn, gəlməyən azarkeşləri, bütün “Neftçi”sevərləri təbrik edirəm. Söz-söhbətləri mən də eşidirdim, amma buraya gələndə nə qruplaşma gördüm, nə də artıq söhbət. Əksinə, futbolçular çox istəklidir. Şəxsən futbolçuların çoxunu tanımıram. Kapitanlıqla bağlı qərarım müvəqqətidir, amma daimi də ola bilər. Vacib məqam odur ki, futbolçu baş məşqçiyə hörmət etsin, ona tabe olsun. Rzaya kapitanlığı verməyimi təcrübəli oyunçular da yaxşı qəbul etdilər. Bu mənə xoş oldu. Əsas məqsədimiz kapitanın kimliyi deyil, meydandakı vəziyyəti düzəltməkdir”.
Mətbuat konfransının tam versiyası ilə aşağıdakı videodan tanış ola bilərsiniz:
Tövsiyə olunur
-
“Futbolçularımızın bir-bir sıradan çıxması rotasiya imkanlarımızı məhdudlaşdırdı”
A Komanda 2 noyabr 2024, 00:16 -
“Neftçi” “Araz-Naxçıvan”a məğlub oldu
A Komanda 1 noyabr 2024, 22:25 -
“Araz-Naxçıvan”la matça hazırlıq başa çatdı
A Komanda 31 oktyabr 2024, 16:26 -
“Neftçi”nin 1/8 finaldakı rəqibi müəyyənləşdi
A Komanda 30 oktyabr 2024, 17:54