Xoş gəldin, Dembo Darbo!
“Neftçi” hücumçu transfer edib. Qambiyalı Dembo Darbo artıq “Neftçi” ailəsinin üzvüdür. 22 nömrəli formanı geyinəcək 26 yaşlı futbolçu ilə 2 illik müqavilə bağlanıb.
Bundan əvvəl müqavilə ilə BƏƏ-nin “Əl-Nəsr” klubuna məxsus olan Darbo icarə əsasında Qazaxıstanın “Astana” və “Ordabaşı” klublarında çıxış edib. Sonuncu mövsümdə Qazaxıstan çempionatında 8 oyunda meydana çıxıb, 3 qol və 1 məhsuldar ötürmə müəllifi olub. Baş məşqçi Roman Qriqorçukun rəhbərliyi altında Soliqorsk “Şaxtyor”unda oynamış mərkəz hücumçusu 2021-ci ildə Belarus çempionatının və Superkubokunun qalibi olub. O, Qambiya milli komandasında 5 oyun keçirib.