Yuri Kuznetsov

  • Dönəm:

    Baş məşqçi, 1988

  • Vətəndaşlığı:

    SSRİ

  • Doğum tarixi:

    02.08.1931

Yuri Kuznetsov 1931-ci il avqustun 2-də Bakıda anadan olub.

1952-1955, 1960-1965-ci illər ərzində “Neftçi”nin heyətində 216 oyun keçirib, 61 qol vurub.

"Ötürmə kralı" adı verilən Kuznetsov SSRİ yığmasına dəvət olunması ilə Azərbaycan futbolu tarixində ilkə imza atıb. 1955-ci ilin fevralında Hindistan yığması ilə 2 yoldaşlıq görüşünə çağırılan Kuznetsov I liqadan milliyə çağırılan ilk oyunçu kimi adını SSRİ futbol tarixinə də adını yazdırıb. Həmin vaxt "Neftçi" aşağı divizionda oynayırdı və hücumçu 1955-ci ilin avqust-sentyabrında SSRİ yığmasının heyətində 3 rəsmi oyunda meydana çıxıb və 3 qol vurub. Kuznetsov həm millidə, həm də "Neftçi"də həmyerlisi Ələkbər Məmmədovla gözəl tandem təşkil edib.

Karyerasını başa vurduqdan sonra məşqçiliyə başlayıb. O, 1988-ci ildə “Neftçi”nin baş məşqçisi vəzifəsində çalışıb.

1962-ci ildə SSRİ-in əməkdar udman ustası adına layiq görülüb. 

Kuznetsov 2016-cı il martın 4-də vəfat edib.