Zaur Əzizov
-
Çalışmağa başladığı il:
2021
-
Doğum tarixi:
21.10.1984
Zaur Məmmədəmir oğlu Əzizov 1984-cü il oktyabrın 21-də Bakıda anadan olub.
Bakı Slavyan Universitetinin Regionşünaslıq (Rusiya) və Azərbaycan Dillər Universitetinin Ölkəşünaslıq (Böyük Britaniya) fakültələrini bitirib.
2004-cü ildən 2008-ci ilə qədər “Xəzər Lənkəran” Futbol Klubunda mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. 2008-ci ildən 2021-ci ilə qədər “Qəbələ” İdman Klubunda baş menecer vəzifəsində çalışıb. Daha öncə çalışdığı klublarda 1 dəfə ölkə çempionluğunu, 3 dəfə ölkə kubokunu, 1 dəfə Birlik Kubokunu, 2 dəfə UEFA turnirlərində qrup mərhələsində iştirak hüququnu qazanıb.
2021-ci ilin dekabrından “Neftçi” PFK-da çalışır.
Türk, rus, ingilis dillərini bilir.