Səməd Qurbanov – 67
Bu gün “Neftçi”nin veteran futbolçusu, klubun Müşahidə Şurasının üzvü Səməd Qurbanovun 67 yaşı tamam olur. 1953-cü ildə dünyaya gəlmiş, azarkeşlərin “Jiqulu” ləqəbi verdiyi yarımmüdafiəçi “Neftçi”nin tarixində ən çox oyun keçirmiş 3-cü futbolçudur. O, 1972-1984-cü illər ərzində 393 rəsmi matçda meydana çıxıb, 22 qolun müəllifi olub.
“Neftçi” ailəsi adından Səməd Qurbanovu təbrik edir, ona can sağlığı, uzun ömür arzulayırıq!