“Sabah”la oyuna hazırlaşırıq
“Neftçi” Misli Premyer Liqasının 11-ci turunda qarşılaşacağı “Sabah” klubu ilə oyunun hazırlığını davam etdirir. “Səbail”lə matçın ertəsi günü bərpa məşqi edib bir günlük istirahətə buraxılan “ağ-qaralar” bu gün “Neftçi” Futbol Mərkəzində məşqə çıxıb. Baş məşqçi Samir Abasovun rəhbərliyi altında keçirilən hazırlıq prosesinə isinmə hərəkətləri ilə başlayan komandamızın üzvləri daha sonra toplu və taktiki çalışmaları yerinə yetiriblər.
Qeyd edək ki, oktyabrın 27-də “Bank Respublika Arena”da baş tutacaq “Sabah” – “Neftçi” matçı saat 17:00-da başlanacaq.