Yens Anderssonla qarşılıqlı razılıq əsasında yollar ayrıldı
“Neftçi” PFK ilə idman direktoru Yens Andersson arasında müqaviləyə isveçli mütəxəssisin öz xahişi ilə qarşılıqlı razılıq əsasında xitam verilib.
2023-cü ilin sentyabrından klubumuzda çalışan Anderssona “Neftçi”dəki fəaliyyətinə görə təşəkkür edirik.
Bu qərarın komandanın son həftələrdə göstərdiyi nəticələrlə əlaqədar olmadığını bildirərək, Yens Anderssona gələcək karyerasında uğurlar arzulayırıq!