Roman Qriqorçukun Mustafa Sekin transferi barədə fikirləri
“Neftçi” PFK-nın baş məşqçisi Roman Qriqorçuk Mustafa Sekin transfer olunmasına münasibət bildirib. Ukraynalı mütəxəssis klubun rəsmi saytına açıqlamasında Seneqal əsilli ispaniyalı futbolçunun “Neftçi”ni gücləndirə biləcək keyfiyyətli və təcrübəli oyunçu olduğunu deyib:
“Çox şadam ki, Mustafa Sek bizim oyunçu oldu. Biz onu çoxdan izləyirdik. Mustafa əsas transfer hədəflərimizdən biri idi. O, “Neftçi”ni gücləndirə biləcək keyfiyyətli və təcrübəli futbolçudur. Mustafanın hazırda yaxşı formada olması da məni sevindirir. Buna görə də ümid edirəm ki, komandaya uyğunlaşmaq üçün çox zamana ehtiyacı olmayacaq”.