Üçüncü oyunumuza hazırıq!
“Neftçi” Türkiyənin Erzurum bölgəsində təlim-məşq toplanışını davam etdirir. “Ağ-qaralar” toplanışın 11-cü günündə axşam məşqinə çıxıb. Baş məşqçi Roman Qriqorçukun rəhbərliyi altında keçirilən hazırlıq prosesində toplu və taktiki çalışmalar yerinə yetirilib.
Qeyd edək ki, ilk iki yoxlama oyununda Super Liqa təmsilçiləri – “Alanyaspor” (3:1) və “Sivasspor”a (2:1) qalib gələn komandamız növbəti sınaq matçını yerli “Erzurumspor”a qarşı keçirəcək. “Palandöken Yüksek İrtifa Camp Facilities”də baş tutacaq görüş Bakı vaxtı ilə sabah saat 18:00-da start götürəcək.