Klub İstedad və Mentorluq Proqramının ikinci sessiyası keçirilib
Portuqaliyanın paytaxtı Lissabonda Avropa Klublar Assosiasiyasının (ECA) Klub İstedad və Mentorluq Proqramının ikinci sessiyası keçirilib. “Neftçi” PFK-nın kommersiya üzrə mütəxəssisi Ayxan Hacızadənin də dəvət olunduğu, 17-21 iyun tarixlərində Nova Biznes və İqtisadiyyat Universitetində baş tutmuş tədbirdə klub rəhbərlərinin müşahidələri, klub strategiyası, münaqişələrin idarə edilməsi, böhran kommunikasiyaları, idarəetmə, liderlik, şəxsi effektivlik və strateji düşüncə əsas mövzular olub.
Bundan əlavə, “Benfika”nın stadionu “Estadio da Luz”la tanış olan qonaqlar üçün klubun təlim-məşq mərkəzi üzrə baş direktoru Pedro Mil Homens və “Brayton”un (İngiltərə) baş icraçı direktoru Paul Mullenin iştirakı ilə idmanının futbol və biznes strategiyası, həmçinin futbol strategiyası və yüksək performansı mövzularında mühazirələr təşkil edilib.
Qeyd edək ki, kommersiya üzrə mütəxəssisimiz Ayxan Hacızadəyə Klub İstedad və Mentorluq Proqramı üzrə bir il müddətində təhsil alacaq.