6 futbolçumuz Macarıstan və İsveçrə yığmalarına qarşı
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsinin son iki turunda Macarıstan və İsveçrə yığmalarına qarşı keçirəcəyi oyunların heyəti açıqlanıb. İyulun 4-dək Bakıda gündə iki dəfə olmaqla məşqlər keçəcək, ayın 5-də isə matçlara hazırlıq məqsədilə təlim-məşq toplanışına başlayacaq milliyə “Neftçi” PFK-nın 6 üzvü – Günay İsmayılova, Mehriban Şahməmmədova, Manə Mollayeva, Firəngiz Teymurova, Coşqunə Əliyeva və Milana Rəhimova dəvət olunub.
Qeyd edək ki, milli komandamız iyulun 12-də “Liv Bona Dea Arena”da Macarıstan, 16-da isə Lozanna şəhərində yerləşən “Olimpik De La Pontez” stadionunda İsveçrə yığması ilə qarşılaşacaq.