“Neftçi”nin 3 üzvü Slovakiya və Bolqarıstan yığmalarına qarşı
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası iyunun 1-dən 11-dək təlim-məşq toplanışında olacaq. Toplanış çərçivəsində iyunun 7-də Bratislavada Slovakiya, iyunun 11-də isə Bakıda Bolqarıstanın U-21 yığmaları ilə yoldaşlıq oyunları keçirəcək milliyə “Neftçi” PFK-nın 3 üzvü – Ağadadaş Salyanski, Rüfət Abbasov və Elcan Əbilov dəvət olunub.