“Qarabağ”la oyuna hazırlıq davam edir
“Neftçi” Misli Premyer Liqasının 33-cü turunda qarşılaşacağı “Qarabağ”la oyunun hazırlığını davam etdirir. “Turan Tovuz” üzərində qələbədən sonra bir gün istirahət edən “ağ-qaralar” aprelin 30-da məşqlərə başlayıb. Komandamız bu gün “Neftçi” Futbol Mərkəzində hazırlıq keçib.
Qeyd edək ki, mayın 4-ü “Azersun Arena”da baş tutacaq “Qarabağ” – “Neftçi” matçı saat 19:30-da start götürəcək.