Gəlin yaşıl gələcək naminə təbiətə birlikdə töhfə verək!
22 aprel – Beynəlxalq Yer Kürəsi Günüdür. Bununla əlaqədar olaraq “Neftçi” PFK Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə ərsəyə gələn və “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən idarə olunan “Yaşıl Gələcək” layihəsinə 1000 ağaclıq ianə edib. Hər kəsi təbiəti sevməyə və onu qorumağa səsləyirik. Gəlin yaşıl gələcək naminə təbiətə birlikdə töhfə verək!