“Neftçi-2” 9 nəfərlə məğlub oldu
“Neftçi-2” bu mövsüm Əvəzedicilər Liqasında 5-ci dəfə məğlub olub. Komandamız “Sumqayıt-2” ilə 29-cu tur oyununda uduzub – 1:3. “Neftçi” Futbol Mərkəzində keçirilən görüşdə “ağ-qaralar”ın qolunu 1-ci dəqiqədə Ağadadaş Salyanski vurub. Rəqibin heyətində isə Uğur Cahangirov (24-cü və 57-ci dəqiqələr) və Əjdər Hacılı (90+8-ci dəqiqə) fərlqəniblər. Komandamızın üzvləri – Elcan Əbilov 32-ci, Ağadadaş Salyanski isə 90+6-cı dəqiqədə qırmızı vərəqə ilə cəzalandırılıblar.
Qeyd edək ki, 29 matçdan 70 xal toplayan “Neftçi-2” ən yaxın izləyicisi olan “Qəbələ-2”ni 4 xal geridə qoyaraq liderliyini davam etdirir.