Syerra Leone milli komandasının oyunları ləğv olundu
“Neftçi”nin futbolçusu Alfa Kontenin şərəfini qoruduğu Syerra Leone milli komandasının Sudan və Botsvana yığmaları ilə martın 22-də və 25-də keçirməli olduğu yoldaşlıq oyunları ləğv olunub. Səbəb Sudan və Botsvana yığmalarının bu matçlardan imtina etməsidir. Buna görə də Konte milli komandanın düşərgəsinə yollanmayacaq.