“Top səndə”nin ilk topu Ozobiçdən gəldi
Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində keçirilən “Neftçi” – “Sumqayıt” matçı (1:1) “Flaqman”ın yarımfinala vəsiqə qazanması ilə yanaşı, Azərbaycan futbolu tarixində ilkə imza atması ilə də əlamətdar olub. Klub “Top səndə” layihəsinə pilot çərçivədə start verib.
Komandamızın qolunun müəllifi Filip Ozobiç olub. Təcrübəli yarımmüdafiəçi rəqib qapısından keçirdiyi topu oyundan sonra imzalayıb. İmzalı top klubun stadionda yerləşən fan mağazasında satışa çıxarılıb və dərhal satılıb. Satışdan əldə olunan vəsait “YAŞAT” Fonduna ianə ediləcək.