Miodraq Bojoviç: “Yeni ildə qarşıya qoyduğumuz hədəflərə birlikdə çatacağımıza inanıram”
“Neftçi”nin yeni baş məşqçisi Miodraq Bojoviç klubun rəsmi saytı vasitəsilə bayram təbrikini çatdırıb:
“Bütün “Neftçi” azarkeşlərini və Azərbaycan xalqını Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəliyi Günü münasibətilə ürəkdən təbrik edirəm. Ümid edirəm ki, qarşıdan gələn 2024-cü il komandamız üçün uğurlu və düşərli olacaq. “Neftçi” Azərbaycanın ən böyük və tarixi klubudur. Bu ildə qarşıya qoyduğumuz hədəflərə birlikdə çatacağımıza inanıram. Bayramınız mübarək!”