Rəhman Hacıyevə xatirə hədiyyəsi təqdim edildi
Misli Premyer Liqasının 14-cü turu çərçivəsində “Neftçi Arena”da keçirilən “Neftçi” – “Araz-Naxçıvan” matçı komandamızın üzvü Rəhman Hacıyev üçün əlamətdar olub. Təcrübəli yarımmüdafiəçi “ağ-qaralar”ın heyətində 200-cü rəsmi oyununa çıxıb. Bu münasibətlə klubun baş icraçı direktoru Fərrux Mahmudov matçdan əvvəl Rəhman Hacıyevə xatirə hədiyyəsi təqdim edib.
Qeyd edək ki, Hacıyev Premyer Liqada 157 (17 qol), Azərbaycan kubokunda 23 (2 qol), avrokuboklarda isə 20 (3 qol) dəfə “Neftçi”nin şərəfini qoruyub.