Qızlardan ibarət komandamız üçün seminar keçirilib
Bu gün “Neftçi” PFK-nın Yüksək Qızlar Liqasında mübarizə aparan komandasının məşqçi və futbolçu heyəti üçün seminar keçirilib. “Neftçi Arena”da təşkil olunan tədbirdə AFFA-nın Hakimlər Komitəsinin mütəxəssisi, sabiq FİFA referisi Orxan Məmmədov çıxış edərək qızlardan ibarət komandamızın üzvlərinə hakim idarəçiliyi zamanı tətbiq olunan yeni qaydalar haqqında məlumat verib.
Seminarda “Neftçi” Futbol Akademiyasının direktoru Cemal Bülbül və koordinatoru Elşad Əhmədov da iştirak ediblər.