“Qəbələ” ilə oyuna hazırlıq 3 itki ilə davam edir
“Neftçi” Premyer Liqanın 4-cü turunda qarşılaşacağı “Qəbələ” ilə oyunun hazırlığını davam etdirir. “Sabah”la matçdan sonra iki gün istirahət edən “ağ-qaralar” avqustun 23-də məşqlərə başlayıb. Hazırlıq prosesi dünən olduğu kimi, bu gün də “Neftçi Arena”da baş tutub. Həm fiziki, həm də toplu çalışmalardan ibarət olan məşqdə əməliyyatdan sonra bərpa prosesini davam etdirən Emil Balayev və Eddi İsrafilov, eləcə də fərdi məşğul olan Ömər Buludov iştirak etməyiblər. Əvəzində, zədəsini sağaldan Azər Əliyev komanda ilə hazırlaşıb.
Qeyd edək ki, avqustun 27-si “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Qəbələ” oyunu saat 18:30-da başlanacaq.