Azər Əliyevin sağlamlıq durumuna aydınlıq gəldi
UEFA Avropa Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində avqustun 3-də keçirilmiş “Neftçi” – “Jelezniçar” matçında zədələnmiş futbolçu Azər Əliyev sağlamlıq sponsorumuz olan “Liv Bona Dea Hospital”da müayinədən keçib.
Bununla bağlı “Neftçi” PFK-nın baş həkimi Şaiq Zöhrablı klubun rəsmi saytına açıqlamasında bildirib: “Sümükdə və oynaqda sınıq və ciddi xəsarət yoxdur. Sadəcə, bağlarda gərilmə və əzələlərində kəskin əzilmələr müşahidə olunduğuna, həmçinin həmin hissəyə qan yığıldığına görə dirsək oynağı müalicə olunub. 7-10 gün ərzində sarğıda qalacaq. Bu müddətdə Azər Əliyev məşqlərdən azad olunub. Ağrılar tam azalandan sonra isə fərdi məşqlərə başlayacaq”.