Ervin Koffi fərdi məşqlərə başlayıb
UEFA Avropa Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində iyulun 27-də Sarayevo şəhərindəki Qrbaviça stadionunda keçirilmiş “Jelezniçar” – “Neftçi” matçında zədələnmiş futbolçu Ervin Koffi sağlamlıq sponsorumuz olan “Liv Bona Dea Hospital”da müayinədən keçib.
Bununla bağlı “Neftçi” PFK-nın baş həkimi Şaiq Zöhrablı klubun rəsmi saytına açıqlamasında bildirib: “İlkin müayinədən sonra ciddi zədə aşkar edilmədi. Ervin Koffi bu gün fərdi məşqlərə başlayıb. Açıq daban oynağındakı ağrıları olmasa, 1-2 gündən sonra komanda ilə məşqlərə qoşula biləcək”.