“Neftçi” – “Jelezniçar” cütünün qalibi “Beşiktaş” – “Tirana” cütünün qalibi ilə qarşılaşacaq
Bu gün UEFA Avropa Konfrans Liqasının III təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib. Püşkün nəticəsinə görə, “Neftçi” – “Jelezniçar” cütünün qalibi III təsnifat mərhələsində “Beşiktaş” (Türkiyə) – “Tirana” (Albaniya) cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, “Neftçi” və “Jelezniçar” arasında ilk oyun iyulun 27-si Bakı vaxtı ilə saat 23:00-da Qrbaviça stadionunda, cavab matçı avqustun 3-ü saat 21:00-da 8-ci km stadionunda keçiriləcək. III təsnifat mərhələsinin görüşləri isə avqustun 10-da və 17-də baş tutacaq.