“Jelezniçar”la oyunlarımızın hakimləri məlum oldu
“Neftçi”nin UEFA Avropa Konfrans Liqasının II təsnifat mərhələsində Bosniya və Herseqovinanın “Jelezniçar” klubu ilə keçirəcəyi oyunların təyinatları açıqlanıb. İyulun 27-si Bakı vaxtı ilə saat 23:00-da Qrbaviça stadionunda baş tutacaq ilk matç Estoniyadan olan hakimlər briqadasına tapşırılıb. Baş hakim Yuri Frişer, onun köməkçiləri Veyko Möytsnik və Sander Saqa olacaqlar. Dördüncü hakim funksiyasını Kevin Qayivoya icra edəcək.
Avqustun 3-ü saat 21:00-da 8-ci km stadionunda təşkil olunacaq cavab görüşünə isə Macarıstandan olan hakimlər təyinat alıb. Baş hakim Balaj Berkeyə Balaj Buzaj və Balaj Sert kömək edəcəklər. Dördüncü hakim Bentse Çonka olacaq.