“Neftçi” BOS-da məşq etdi
“Neftçi” yeni mövsümə hazırlığı davam etdirir. Rusiyadakı təlim-məşq toplanışını başa vuran flaqman iki günlük fasilədən sonra məşqləri bərpa edib. “Ağ-qaralar” bu gün Bakı Olimpiya Stadionunda məşqə çıxıb. Zədəli Emil Balayevdən başqa bütün futbolçuların iştirak etdiyi məşqdə əsasən toplu çalışmalar icra olunub.
Qeyd edək ki, “Neftçi” UEFA Avropa Konfrans Liqasının II təsnifat mərhələsində Bosniya və Herseqovinanın “Jelezniçar” klubu ilə qarşılaşacaq. İlk oyun iyulun 27-də səfərdə, cavab matçı isə avqustun 3-ü saat 21:00-da “Bakcell Arena”da keçiriləcək.