Ataa Caber Fələstin milli komandasında
“Neftçi”nin yarımmüdafiəçisi Ataa Caber Fələstin pasportu alıb. 28 yaşlı İsrail əsilli futbolçu bundan sonra Fələstin milli komandasının formasını geyinəcək. Millinin İordaniyada təşkil olunacaq təlim-məşq toplanışına dəvət alan Caber iyunun 14-də İndoneziya, 20-də isə Çin yığmaları ilə yoldaşlıq oyunlarında iştirak edə bilər.
Qeyd edək ki, əvvəllər İsrailin U-21 millisinin şərəfini qorumuş Ataa Caber bu komandanın kapitanı da olub.