Müstəqillik Günümüz mübarək!
28 may Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündür. 1918-ci il may ayının 28-də Azərbaycan milli şurası “İstiqlaliyyət Bəyannaməsi” ilə Azərbaycan Demokratik Cümhuriyyəti yarandığını bəyan edib. Bu tarixi sənədə görə Müstəqil Azərbaycan dövləti Respublika elan olunub.
1990-cı ildən dövlət bayramı kimi qeyd edilən Respublika Gününün adı 15 oktyabr 2021-ci ildə dəyişdirilərək Müstəqillik Günü olub. Xalqımızın əziz bayramlarından olan Müstəqillik Günü ölkəmizdə böyük təntənə ilə qeyd olunur.
Müstəqillik Günümüz mübarək!