“Neftçi” Tovuzda böyük hesabla uduzdu
“Neftçi” Premyer Liqada növbəti oyununa çıxıb. “Ağ-qaralar” 33-cü turda “Turan Tovuz”a böyük hesabla məğlub olub – 0:4. Tovuz şəhər stadionunda keçirilən matçda Runi Eva het-trik edib. O, 16-cı, 44-cü və 61-ci dəqiqələrdə fərqlənib. Rəqibin digər qolunu isə 21-ci dəqiqədə Roderik Miller vurub.
Qeyd edək ki, artıq 3-cü yeri tutduğu rəsmiləşən “Neftçi” 33 oyundan 61 xal toplayıb.